SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gövhər Beydullayeva:"Dünya çempionatına qələbə üçün getmişdim"

İtaliyada başa çatmış 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibi Gövhər Beydullayeva vətənə qayıdarkən aeroportda təəssüratlarını jurnalistlərlə bölüşüb.

Şahmatçı son illər 20 yaşlılar arasında çempion olmağı arzuladığını bildirib: “Yarışa ciddi hazırlaşmışdım. Dünya çempionatına qələbə üçün getmişdim. İlk turlardan başlayaraq üstünlük əldə etməyim məni daha da ruhlandırdı. Sondan əvvəlki turda artıq qələbəni təmin etdiyimi hiss edirdim. Ölkəmizin şahmat tarixində bir ilkə imza atdığım - 20 yaşa qədər qadınlar arasında qızıl medal qazandığım üçün xoşbəxtəm”.
Gövhər Beydullayeva növbəti hədəf kimi Dünya Kubokunda uğurlu çıxış etməyə çalışacağını söyləyib: “Dünya kubokunda da maksimum nəticə göstərmək istəyirəm. Qadınlar arasında dünya çempionatında iştirak edərək həmin yarışda da Azərbaycanı layiqincə təmsil etmək arzularımdan biridir”скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss