SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Qarabağın şahmat partiyası










Elgin Həbibullayev
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı

Con Nann - şahmat notasiyasında nida işarəsi oyunda Yeganə doğru olan gedişi bildirir.
Nida işarəsi təkcə orfoqrafiyada istifadə olunmur.  Görkəmli şahmat ustası və endşpil üzrə unikal kitabların müəllifi Con Nannın təklif etdiyi şahmat notasiyasında “!” işarəsi oyunda “Yeganə doğru olan” gedişi bildirir. Şahmat notasiyasında bu işarənin bir mənası da var – “Güclü gediş”.
Cənab Prezident Qarabağ Azərbaycandır və nida işarəsi deyəndə bəlkədə bir çoxlarımız bu nida işarəsinin həyatımızın böyük Zəfər simvoluna çevriləcəyini və tariximizə yazılacağını tam dərk etmədik.
Müasir dövrümüzdə  iki nida işarəsi, iki nida cümləsi xalqımızın taleyində böyuk, tarixi  rol oynadı. “Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərindən “Əziz Şuşa, sən azadsan!” sözlərinə qədər olan qısa müddət ərzində sözün əsl mənasında böyuk tarix yazıldı.
Bir xəbərin dünya birjalarına və dünya iqtisadiyyatına ciddi təsir edə biləcəyi informasiya əsrində yaşayırıq. İnformasiya müharibəsi, iqtisadi müharibə, ideoloji müharibə, kiber müharibələr artıq dövrümüzün reallığıdır. Belə bir dövrdə dünya siyasətində, dövlətin idarə olunmasında şəxsiyyət faktorunun rolu hər zaman olduğundan qat-qat əhəmiyyətlidir.
Qarabağ Zəfərində şəxsiyyət faktorunun rolunun nəqədər böyük əhəmiyyət kəsb etdiyi zaman keçdikcə daha da aydın dərk ediləcəkdir. Həqiqətən də cənab Prezidentin hərb və siyasət meydanındakı qrossmeyster məharətilə edilmiş güclü gedişləri, məkrli gedişlərini hazırlayan və öz oyununu oynamaq istəyən bəzi dairələri və düşmən qüvvələri məharətlə məğlub etdi.
Düzgün anın seçimi
Eramızdan əvvəl VI əsrdə yaşamış Çin strateq və filosofu Sun-Tszı müəllifi oldugu hərbi traktatda hücum üçün dəqiq vaxtın müəyən edilməsini şahinin hücumuna bənzədib. Yuxarıdan aşağıya sürətlə şığıyan şahinin ilk həmləsi boşa çıxsa, o, ikinci hücum şansını itirəcək, çünki qarşı tərəf gizlənmək və ya xilas olmaq üçün fürsət tapacaq. Hücum üçün düzgün vaxtın seçilməsi də elə budur. Azərbaycan  Prezidentinin rəhbərliyi ilə ordumuzun 44-günlük müharibədəki fəaliyyəti doğrudan da parlaq qələbə ilə nəticələnən şahin hücumu idi!
44-günlük müharibəni təhlil edən xarici politoloqlar heyranlıqla, bəzən isə paxıllıq və qibtə ilə Prezident İlham Əliyevin Qarabağ Zəfər yürüşü üçün vaxtın necə məharətlə seçdiyini qeyd edirlər.
Toqquşmalar, təxribatlar əvvəllər də ermənilər tərəfindən həyata keçirilirdi. Prezident İlham Əliyev 2020-ci ilin sentyabrına qədər erməni təxribatlarına qarşı genişmiqyaslı hərbi əməliyyatın keçirilməsi barədə əmr vermirdi.  “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” – söyləyən Dövlət Başçısı əməliyyat üçün düzgün vaxt seçməyin nə qədər vacib olduğunu hamıdan daha yaxşı bilirdi.
Gün gəldi və bəzilərinin inanmadıgı, bəzilərinin isə səbirsizliklə gözlədiyi əks-hucum qərarı verildi. Bu, gələcəyi görmək idi, amma bu mistik uzaqgörənlik deyil, əksinə, nəhəng siyasi, iqtisadi, diplomatik, hərbi, təbliğat işlərinə və vəziyyətin hərtərəfli təhlilinə əsaslanan düşünülmüş qərar idi.
Homo Victorem – Qalib İnsan
Qələbə ölkəyə yeni bir insan tipi verdi - Homo Victorem - Qalibinsan. Burada söhbət təkcə döyüş əməliyyatlarının bilavasitə iştirakçılarından deyil, öz düşüncələri, istəkləri, əməlləri, hərəkətləri və duaları ilə qələbəni yaxınlaşdıran bütün azərbaycanlılardan gedir.
Azərbaycan yeni insan, yeni vətəndaş qazandı. Özünə, öz qabiliyyətinə inanan, özünün haqlı olmasına əmin olan, başını uca tutaraq yeriyən bir insan. Ölkə başçısının dünya səviyyəli siyasətçi və sərkərdə,  nəyi,  nə vaxt və necə edəcəyini yaxşı bilən dövlət xadiminin olmasına əmin olan bir insan.
Bu gün Möhtərəm Prezident cənab İlham Əliyevin siyasəti, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sayəsində Qarabağ və onun incisi olan Şuşa şəhəri dirçəlir. Böyük qayıdış başlayır. Dünyanın isə demək olar ki, hər yerində, xüsusən də Avrasiya məkanında gərginlik artır. Cəmi beş-on il əvvəl, bəlkə də bir çox insan üçün inanılmaz olan– müharibələr, pandemiya, iqtisadi sarsıntılar, yeni çağırışlar günümüzün reallığıdır. Söyləyə bilərik ki,  pandemiyanın əvvəlində birinci xanım Mehriban Əliyevanın qeyd etdiyi Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” bir çox hallarda dünyada hələ də hökm sürür.
Amerikalı politoloq, sosioloq və dövlət xadimi Zbiqnev Bjezinski özünün “Böyük şahmat taxtası” kitabında vurğuladığı fikri burada göstərmək yerinə düşər: “Avrasiya dünya hökmranlığı uğrunda mübarizənin davam etdiyi “şahmat taxtasıdır” və belə bir mübarizə geostrategiyaya – geosiyasi maraqların strateji idarə olunmasına təsir göstərir”.
Belə bir mürəkkəb bölgədə yalnız böyük peşəkarlıq və uzaqgörənliklə aparılan siyasət dövlətin inkişaf və tərəqqisinin təminatçısı ola bilər. Azərbaycan xalqının Vətən müharibəsindəki tarixi qələbəsi və ondan sonra baş verən proseslər göstərdi ki, böyük şahmat taxtası arxasında görkəmli dövlət xadimi Möhtərəm Prezident cənab İlham Əliyev dayanıb!
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss