Noyabrın 19-da İsraildə komandalar arasında dünya çempionatına start veriləcək.
Chess.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası ilk dəfə olaraq kişi şahmatçılardan ibarət milli komandanın heyətini müəyyənləşdirmək üçün seçim turnirini keçirmək qərarına gəlib. DÇ-na yollanacaq altı şahmatçımızdan dördü məhz bu turnirin nəticələrinə uyğun olaraq müəyyən olunacaq.
Yarışda Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı iştirak edir. Seçim turniri 45 dəqiqə +hər gedişə 10 saniyə vaxt kontorlu ilə oynanılır.
Keçirlmiş altı turdan sonra turnir cədvəli belədir :
1.Qədir Hüseynov -4; 2-4.Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli -3.5; 5-6.Vasif Durarbəyli, Nicat Abbasov -3; 7.Məhəmməd Muradlı 2; 8.Misrətdin İsgəndərov -1.5.
Dairəvi sistem üzrə keçirilən yarış oktyabrın 29-da yekunlaşacaq. Onu da qeyd edək ki, budəfəki dünya çempionatı da məhz rapid üzrə oynanılacaq.

28-10-2022, 08:45