SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vasif Durarbəyli :"Ümumilikdə yarışı müsbətə doğru atılmış addım kimi görürəm"

Dünən Dünya çempionatına yollanacaq şahmat üzrə Azərbaycan yığmasının heyətini müəyyən etmək üçün keçirilmiş "Seçim turniri" başa çatdı. 

Xatırladaq ki, turnirin nəticələrinə uyğun olaraq Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar ƏsədliRauf Məmmədov seçim turnirində iştirak etməyən Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla birlikdə kompaniya təşkil edərək, yğmamızın noyabrın 19-da İsraildə start götürəcək dünya çempionatındakı heyətini müəyyən etdilər.
Qeyd edək ki, turnir səkkiz şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilmişdir. Turniri beşinci pillədə başa vuraraq dünya çempionatından kənarda qalmış Vasif Durarnəyli, bu gün sosial şəbəkələr vasitəsilə keçirilmiş yarışı geniş şərh edib. Seçim turnirinin müsbət və mənfi tərəflərinə toxunan Durarbəylinin statusunu olduğu kimi sizlərə təqdim edirik:"Dünən yığma komandaya seçmə turnir bitdi. İlk 4 yer Dünya komanda çempionatında iştirak edəcək yığmaya vəsiqə verirdi. Yarışın məramı şahmatçılara yığmaya düşə bilmək üçün bərabər şans tanımaq idi və təqdirəlayiqdir.

Biz hər kəsə bərabər şans verməyə çalışmalıyıq amma bunun edərkən də elə etməliyik ki, ən güclü oyunçular yığmaya vəsiqə qazansın və yarışa optimal komanda yollansın. Bu baxımdan yarışda ciddi boşluqlar var ki, hansılar optimal komanda qurmaq fikrini himayə etmir:

1.Turnir 7 turdan və 4 gündən ibarət idi. Bu isə çox kiçik nümunə ölçüsüdür. Belə olan təqdirdə isə bəxt faktoru yüksəlir. Dolayısı ilə güclü şahmatçını təyin etmək üçün etimad səviyyəsi düşür. Təsadüfi nəticəni aradan qaldırmaq üçün nümunə ölçüsünü ağlabatan dərəcədə artırmaq lazımdır. Xüsusilə rapid formatda oyun sayının önəmi artır. Klassikada təsadüfi məğlubiyyətlər nisbətən az olur.

2.Yarışda 8 nəfər iştirak edirdi. Bu isə o deməkdir ki, əgər kimsə bir nəfəri udsa (+1) və digər 6 nəfər ilə heç-heçə edərsə dördlüyə düşmək ehtimalı çox yüksəkdir. Belə olan təqdirdə +1 olan şahmatçı artıq digər oyunlarda uduşa oynamaq və öz şansını riskə atmağa meylli deyil. Nəticədə ortada xeyli mübarizəsiz heç-heçələr olur. Bu turnir istisna deyildi

3.Əlavə əmsalların öncədən bilinməsi də 2-də qeyd olunan məsələni daha da mənfi yönə çəkir. Məsələn, 6-cı tur oyunlar elə gətirdi ki, mənim 7-ci turda qələbəm ilk 4-lüyə girməyə əlavə əmsala görə imkan vermirdi. Yəni udsam belə digər şahmatçılar məni xal ilə yox əlavə əmsal ilə üstələyirdi. Ona görə də son oyun ağ ilə özümdən reytinqlə aşağı rəqiblə oynamağa ehtiyac görmədim. Eləcə də bu digərlərinə də təsir etdi. Ona görə də məncə əlavə əmsallar yarışın sonunda püşk atma ilə seçilməyə geri dönməlidir. Belə olanda yarışda intriqa sona qədər davam edir və oyunsuz heç-heçə edən şahmatçıları ciddi riskin altında qoyur.

4. Seçməyə seçmələr olmalıdır. Bunun optimal komanda məsələsinə təsiri yoxdur amma hər kəsə şans verilmə prinsipi üçün gərəklidir. Bunu isə dairəvi 8 nəfərlə olan turniri 30-40 nəfərlik İsveçrə sistemi ilə keçirən turnir dəyişmək həll etməz. Nümunə ölçüsünü  bir-birinə mümkün qədər tən olan şahmatçılar arasındakı oyunları artırmaqla nail olunmalıdır. Çünki oyunçuların sinifləri arasında çox böyük fərqin olması təsadüfi nəticələrə gətirə bilir. Məsələn son turda iki güclü mübarizə aparıb heç-heçə edəndə, digər güclü zəifi udur və yuxarıdakı cütlüyü keçir.

Məncə yuxarıdakılar nəzərə alınarsa seçmə yarışların optimal komanda yaratmaq məqsədinə daha yaxşı xidmət edəcək.

Bu arada seçmə turnirdə 5-ci oldum amma ümumilikdə yarışı müsbətə doğru atılmış addım kimi görürəm. Ümid edirəm növbəti önəmli yarış (Azərbaycan çempionatı) üçün yuxarıdakılar nəzərə alınar.

Azərbaycan yığmasına dünya çempionatında uğurlar arzulayıram!"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss