Amerikalı şahmatçı Hikaru Nakamura İslandiyada başa çatmış Fİşer şahmatı üzrə dünya çempionu oldu.
Chess.az xəbər verir ki, Nakamura gərgin final matçında rus Yan Nepomnyaşiyi məğlub edərək bu titula yiyələndi. 2:2 başa çatan matç Armaqedona qədər uzandı və burada şans Nakamuranın tərəfində oldu. 3-4-cü yerlər uğrunda matçda isə Maqnus Karlsen özbək Nodirbek Abusattarovu məğlub edərək DÇ-nın bürünc mükafatçısı oldu.
