Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.
Chess.az xəbər verir ki, FİDE-nin qaydalara görə 20 yaşlıların dünya çempionatında qalib olan şahmatçı eyni zamanda beynəlxalq qrossmeyster tituluna sahib çıxır. Buna baxmayaraq, İtaliyada keçirilmiş U-20 dünya çempionatında qızıl medal qazanan Abdulla Qədimbəyli artıq 9-cu turda 3-cü qrossmeyster normasını yerinə yetirərək FİDE-nin bu qaydasına ehtiyac duymadan qrossmeyster oldu.
Bununla da, Qədimbəyli Azərbaycan şahmat tarixində 29-cu qrossmeyster oldu (Arkadiy Naydiç hələ də Azərbaycan şahmatçısı kimi qeyd olunur).
Beynəlxalq Şahmat Federasiyasının yaxın aylarda bu barədə təsdiq məktubu ünvanlayacağı gözlənilir.
