SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE reytinq siyahısını açıqladı

FIDE noyabr ayı üçün yeni reytinq siyahısı açıqlayıb.

 Chess.az xəbər verir ki, bu ay heç bir rəsmi oyun keçirməyən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, rəqiblərinin geriləməsi səbəbindən reytinq cədvəlində 5 pillə irəliləyərək 11-ci pilləyə qalxıb. (2747 xal).
Milli komandanın digər üzvü Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək 2741 xalla 14-cüdür. Qədir Hüseynov (2661 xal) 86-cı, Nicat Abbasov (2646 xal) 100-cü, Rauf Məmmədov (2646 xal) isə 102-ci sıradadır. Reytinqə əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859 xal) başçılıq edir.
Qadın şahmatçıların siyahısında gəlincə İtaliyada gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 36 pillə irəliləyərək 62-ci yerdə qərarlaşıb (2387 xal). Günay Məmmədzadə (2472 xal) 20-ci, Ülviyyə Fətəliyeva (2428 xal) 37-ci, Xanım Balacayeva (2379 xal) 73-cü, Gülnar Məmmədova (2376 xal) 78-ci yerdədirlər.
Qadın şahmatçıların reytinq siyahısına çinli Xu Yifan  (2638 xal) başçılıq edir.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss