SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Federasiya ölkə çempionunu milliyə dəvət edib, ona təqaüd verəcək

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovun rəhbərliyi altında İcraiyyə Komitəsinin 2022-ci ildə növbəti iclası keçirilib.

Gündəliyə uyğun olaraq əvvəlcə 2022-ci ildə Azərbaycanda təşkil olunan yerli və beynəlxalq turnirlərin yekun nəticəsindən danışılıb. AŞF prezidenti Mahir Məmmədov 2022-ci ilin sentyabrında “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin təşkilatçılığında mühüm rol oynayan Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə və sponsorlara təşəkkürünü bildirib.
AŞF rəhbəri həmçinin Naxçıvanda 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu işdə Naxçıvan Şahmat Federasiyasının böyük əməyini vurğulayıb.
İclasda Azərbaycan Şahmat Federasiyasının nəzdində fəaliyyət göstərən Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Regional İnkişaf, Sosial Layihələr Komissiyasının rəhbərləri cari ildə görülən işlər barədə məlumat verib, gələn il ilə bağlı təkliflərlə çıxış ediblər.
Görüşdə  yığma komandaya seçim şərtləri, təqaüd alacaq şahmatçıların müəyyən olunma kriteriyaları, 2023-cü ilin büdcəsi və  yeni ilin təqvimi müzakirə edilib.
2023-cü ildən etibarən Azərbaycan çempionatında birinci yeri tutacaq şahmatçının ölkənin əsas milli komandasına dəvət olunmasıyla bağlı fikir mübadiləsi aparılıb. Yeni qaydaya əsasən ölkə çempionu milli komandada ən aşağı reytinqə malik şahmatçını əvəz edəcək və il ərzində federasiyadan təqaüd alacaq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss