SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya çempionu və daha üç tanınmış şahmatçı Rusiya vətəndaşlığından imtina edir?

Daha dörd şahmatçı Rusiyanı tərk edərək, karyeralarını davam etdirmək üçün başqa ölkəyə köçdükləri deyilir.

Rusiya mətbuatında yayılan məlumata görə onların arasında hətta 2018-ci ildə şahmatın rapid növü üzrə dünya çempionu olmuş Daniil Dubov da var. Məlumatda deyilir ki, Daniil DubovAleksandr Şimanov hazırda Qazaxıstandadılar və artıq yerli federasiya ilə danışıqlara başlayıblar. Hələ ki, hər iki şahmatçı FİDE-nin rəsmi saytında Rusiya şahmatçısı kimi qeyd olunub, lakin yaxın zamanlarda onların başqa ölkənin vətəndaşlığını qəbul etmələri gözlənilir. 
Bundan əlavə məlumatda qeyd olunub ki, reytinqi 2500-də yuxarı olan daha bir neçə rusiyalı şahmatçı hal hazırda Qazaxıstanda məskunlaşıblar və onların da vətəndaşlıq dəyişəcəyi istisna edilmir. DubovŞimanovdan başqa, Aleksandr MotılyovAnton Demçenko Serbiyaya köçüblər və onlar da artıq “yerli” statusunu almaq üçün danışıqlara başlayıblar. 
Qeyd edək ki, son zamanlar bir neçə şahmatçı Rusiyanı tərk edərək, getdikləri ölkələrin bayrağı altında çıxış etməyə başlayıblar.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss