SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Qətərdən İsrailə. Dünya çempionatları başlayır! (CANLI)

Bu gün Qətərdə futbol üzrə dünya çempionatı ilə bərabər, İsrailin Qüds şəhərində şahmat üzrə komandalar arasında dünya çempionatı start götürür. 

CANLI

Dünya birinciliyi bu dəfə bir az fərqli formatda keçiriləcək. Yarış hər zamankı kimi şahmat klassik növü üzrə yox, rapid növü üzrə oynanılacaq. 
Əslində DÇ-da tətbiq ediləcək rapidin özü də bir az fərqlidir. Ənənəvi 15+10 və ya 25+15 yox, o qədər də öyrəşmədiyimiz 45 dəqiqə + hər gedişə 10 saniyə vaxt kontrollu olacaq. Adı rapid olsa da, bəzi partiyaların iki saat və hətta daha da çox vaxt davam edəcəyini indidən təxmin etsək, İsraildə tətbiq olunacaq rapidin haradasa klassikə daha yaxın olacağını söyləmək olar. 
Israildə keçiriləcək dünya çempionatında ümumilikdə 12 komanda mübarizə aparacaq. Yığmalar hərəsində altı komanda olmaqla iki qrupa bölünüb. 
“A” qrupunda Çin, Fransa, Niderland, CAR, İspaniya, Ukrayna, “B” qrupunda isə, Azərbaycan, Hindistan, İsrail, Polşa, ABŞ, Özbəkistan yığmaları mübarizə aparacaqlar. Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar DÇ-nın ¼ final mərhələsinə vəsiqə qazanacaqlar. 

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan yığma komandası 3 dəfə Avropa çempionu olsa da, indiyədək dünya çempionatında medal qazana bilməmişdir. Bu gün keçiriləcək  DÇ-ın birinci turunda yığmamız Özbəkistan komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00 da başlayacaq.

 Bu oyun futbol üzrə dünya çempionatının açılış matçından (Qətər-Ekvador) 3 saat öncə başladığından, futbolla da yaxından  maraqlanan şahmatsevərlərə yığmamızın dünya çempionatındakı ilk qarşılaşmasını izləməkdə əngəl törətməyəcək. 
Uğurlar Azərbaycan! 

Azərbaycan : 2629 (classic 2650, rapid 2608)

1.GM,Teymur Rəcəbov (k 2747, r 2718), 2.GM,Şəhriyar Məmmədyarov (k 2741, r 2747), 3.GM,Rauf Məmmədov (k 2646, r 2567), 4.GM,Qədir Hüseynov (k 2661, r 2616), 5.GM,Aydın Süleymanlı (k 2543, r 2508) ,6.GM,Vüqar Əsədli (k 2567, r 2494)
Kapitan: GM,Nicat Abbasov 


Özbəkistan: 2514(classic 2564, rapid 2464)

1.GM,Nodirbek Yakubboyev (k 2667, r 2563), 2.GM,Cavohir Sindarov (k 2654, r 2554), 3.GM,Cahongir Vahidov (k 2607, r 2507), 4.GM, Şamsiddin Vohidov (k 2568, r 2471), 5.İM,Abdimalik Abdisalimov (k 2457, r 2357) 6.Ortik Niqmatov (k 2433, r 2333).
Kapitan:GM,İvan Sokolov
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss