SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DÇ 2022: Azərbaycan yığması vahid liderdir (CANLI)

Kişilərdən ibarət yığma komandamız İsraildə keçirilən komandalar arasında dünya çempionatında uğurlu start götürdü.
CANLI

  Chess.az xəbər verir ki, ilk yarış günündə "milli" ÖzbəkistanDÇ-nın reytinq favoriti olan ABŞ yığmasını (Chess.az-ın versiyasına görə) məğlub edərək, dörd xalla "B" qrupunun vahid lideri oldu.
  Azərbaycan komandası ilk matçda özbəkləri 2.5:1.5, ikinci turda isə ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edib. Bu qələbələrdə komadamızın lideri olan Şəhriyar Məmmədyarovun oyununu qeyd etməmək olmaz. Şah əvvəlcə Nodirbek Yakubboyevi, daha sonra isə Hans Nimanı məğlub edərək, milliimizin qələbələrində böyük pay sahibi oldu. 
  Bu gün yığmamız Hindistan Polşa yığmaları ilə qarşılaşcaq. Turnir cədvəlindəki vəziyətə nəzər salsaq, yığmamız bu qarşılaşmaların ən azından birində qələbə qazanacağı təqdirdə 1/4 final mərhələsində yerini təmin edəcək. Komandamızın ən yaxın izləyiciləri olan Özbəkistan, Hindistan ABŞ yığmaların aktivində cəmi iki xalı var və beş turluq mübarizədə yığmamızın digər rəqiblərindən iki xal irəlidə olması kifayət qədər böyük avantajdı.
   Xatırladaq ki, beş turluq mübarizədən sonra, qruplarda ilk dörd yeri tutmuş komandalar pley-offa vəsiqə qazanacaqlar. 
Üçüncü turun oyunları bu gün Bakı vaxtı ilə saat 17:00 da, dördüncü tur isə 20:00-da start götürəcək.

Turnir cədvəli:

"A" qrupu:
1-2.Çin, Ukrayna - 4 xal, 3-4.Fransa, İspaniya 2 xal, 5-6.Niderland, CAR - 0 xal.  

"B" qrupu:
1.Azərbaycan - 4 xal. 2-4.Özbəkistan, Hindistan, ABŞ - 2 xal. 5-6.İsrail, Polşa - 1 xal.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss