Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Qrossmeysterimiz son turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edərək hallarının sayını 6,5-ə çatdırdı. Bu Eltac Səfərliyə yarışı birincisi olmaq üçün bəs etdi.
Qeyd edək ki, 7 turdan ibarət yarışda 188 şahmatçı mübarizə aparıb.