SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yığmamız dünya çempionatının 1/4 finalında!

İsraildə davam edən komandalar arasında dünya çempionatının qrup mərhələsi başa çatdı.

CANLI



  Chess.az xəbər verir ki, gərgin mübarizənin sonunda, yığmamız qrupda ikinci yeri tutaraq pley offa vəsiqə qazandı. Komandamızın 1/4 final mərhələsində rəqibi, güclü İspaniya yığması olacaq. Qeyd edək ki, DÇ-nın ən böyük sürprizi də məhz yığmamızın yer aldığı qrupda qeydə alınıb. Chess.az-ın versiyasına görə yarışın reytinq favoriti olan ABŞ yığması, qrupda sonuncu pilləni tutaraq qrup səddini aşa bilməyib. "B" qrupundan yığmamızla yanaşı Özbəkistan, HindistanPolşa yığmaları da 1/4 finala vəsiqə qazanmağa bacarıblar. 

  "A" qrupu da sürprizsiz ötüşmədi. Çempionata elə də güclü olmayan heyətlə gələn Çin yığması, qrupda inamlı çıxış edərək birinci oldular. Çinlilərlə bərabər yığmamızın növbəti rəqibi olacaq İspaniya yığması, Fransa və Ukrayna da növbəti mərhələyə adlayıblar. 
  Bu gün Bakı vaxtı ilə saat 15:00-da dörddəbir final mərhələsinin matçlarına start veriləcək.

1/4 final mərhələsi:
Çin - Polşa
İspaniya - Azərbaycan
Ukrayna - Özbəkistan
Fransa - Hindistan


Qrup mərhələsinin yekun cədvəli:
"A" qrupu:
1.Çin - 9 xal, 2-4.Fransa, Ukrayna, İspaniya - 6 xal, 5.Niderland - 2 xal, 6.CAR - 0 xal.  

"B" qrupu:
1.Özbəkistan - 7 xal, 2.Azərbaycan - 7 xal, 3-4.Hindistan, Polşa, - 4 xal, 5.İsrail - 4 xal, 6.ABŞ - 2 xal.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss