SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vüqar Həşimov Memorialı 2022"-nin dörd iştirakçısı artıq məlumdur

Dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək mərhum qrossmeysterimiz, yığmamızın heyətində  Avropa çempionu olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vüqar Həşimov Memorialı 2022”-də iştirak edəcək dörd şahmatçının adı artıq məlumdur.

Chess.az xəbər verir ki, daha öncə superturnirdə iştirakı dəqiqləşən Şəhriyar Məmmədyarov və macar Riçard Rapportun ardından, gənc şahmatçımız Aydın Süleymanlı və hindistanlı Qukeş-in də Memorialda iştirakı təsdiqlənib. Daha altı iştirakçının adları isə, yaxın günlərdə açıqlanacağı gözlənilir. 
 Qeyd edək ki, on şahmatçının mübarizə aparacağı turnir, şahmatın rapid və blits növü üzrə oynanılacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman NazirliyininAzərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss