SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Vüqar Həşimov Memorialı 2022”-in daha iki iştirakçısı dəqiqləşdi

Dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək mərhum qrossmeysterimiz, yığmamızın heyətində Avropa çempionu olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vüqar Həşimov Memorialı 2022”-də iştirak edəcək daha iki şahmatçının adı məlum oldu. 

   Xatırladaq ki, daha öncə təşkilat komitəsi yarışda iştirak edəcək dörd şahmatçının adını açıqlamışdır. Bunlar həmyerlilərimiz Şəhriyar Məmmədyarov Aydın Süleymanlı ilə yanaşı, macar Riçard Rapport və hindistanlı Qukeşdi. İndi bu siyahıya daha iki şahmatçı əlavə olundu. Bunlar rapid üzrə son dünya çempionu və bu il Hindistanın Çennay şəhərində keçirilmiş şahmat olimpiadasında Özbəkistan yığmasının heyətində olimpiya çempionu olmuş Nodirbek Əbusəttarov və yığma komandamızın daha bir üzvü Rauf Məmmədovdur. Bununla da Memorialda iştirak edəcək altı şahmatçının adı məlumdur. Qalan dörd iştirakçının adları isə, yaxın günlərdə açıqlanacağı gözlənilir. 
  Qeyd edək ki, on şahmatçının mübarizə aparacağı turnir, şahmatın rapid və blits növü üzrə oynanılacaq. Mötəbər yarış  Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman NazirliyininAzərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss