SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Vüqar Həşimov Memorialı 2022”-in bütün iştirakçıları məlum oldu (SİYAHI)

Dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək mərhum qrossmeysterimiz, yığmamızın heyətində Avropa çempionu olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vüqar Həşimov Memorialı 2022”-də iştirak edəcək bütün şahmatçıların adları məlum olub. 

   Xatırladaq ki, daha öncə təşkilat komitəsi yarışda iştirak edəcək altı şahmatçının adlarını açıqlamışdır. Bunlar həmyerlilərimiz Şəhriyar Məmmədyarov, Rauf Məmmədov Aydın Süleymanlı ilə yanaşı, Macarıstan vətəndaşlığını Rumıniyaya dəyişən Riçard Rapport, hindistanlı Qukeş və özbək Nodirbek ƏbusəttarovdurDünən isə yarışda iştirak edəcək son dörd şahmatçının adı məlum oldu. Bunlar ABŞ təmsilçisi Sem Şenkland, ispan Valeho Pons, çinli Vanq Xao və daha bir həmyerlimiz Abdulla Qədimbəylidir. Bununla da Memorialda iştirak edəcək bütün şahmatçıların adları məlum oldu. 
  Qeyd edək ki, on şahmatçının mübarizə aparacağı turnir, şahmatın rapid və blits növü üzrə oynanılacaq. Mötəbər yarış  Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss