SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Birinci dəstə başlayır! Kimlər iştirak edə bilər?

Kişi və qadın şahmatçılar arasında keçiriləcək Azərbayan çempionatının Birinci dəstə yarışlarının tarixləri və şərtləri açıqlanıb.

  Chess.az xəbər verir ki, Birinci dəstə yarışı dekabrın 23-dən 30-dək Əhmədli metrosunun yaxınlığında yerləşən "Təhsil" RİM-nin 3 nömrəli RİOEUGŞM-də keçiriləcək.
  Qeyd edək ki, qadınların çempionatında 1-ci, kişilərin yarışnda isə müvafiq olaraq 1-4-cü yerləri tutmuş şahmatçılar, 2023-cü ildə  keçiriləcək növbəti Azərbaycan çempionatlarının Yüksək dəstəsində  iştirak  etmək hüququnu qazanacaqlar. Yarışlar İsveçrə sistemi üzrə keçiriləcək və doqquz turdan ibarət olacaq.

  Kişilərin yarışında 1 dekabr 2022-ci il tarixinə olan vəziyyətə görə beynəlxalq reytinqi  2200-dən yuxarı olan şahmatçılar, 16,18 və 20 yaş kateqoriyalarında 2022-ci il Azərbaycan çempionatlarının mükafatçıları, 8-18 yaş kateqoriyalarında Dünya və Avropa Çempionatlarının mükafatçıları, 2022-ci il Bakı şempionatının 8 qalibi, 2021-ci il Azərbaycan Çempionatının (I dəstə) qalibi və rayon çempionatlarının mükafatçıları (beynəlxalq əmsalı 1600-dən az olmayan) iştirak edə bilərlər.
  Qadınların turnirinə gəlincə, burada 1 dekabr 2022-ci il tarixinə olan vəziyyətə görə beynəlxalq əmsalı 1800-dən yuxarı olan şahmatçılar, 2022-ci il Bakı Çempionatının 6 qalibi, 8-18 yaş kateqoriyasında yeniyetmələr arasında Dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaş kateqoriyalarında yeniyetmələr arasında 2022-ci il Azərbaycan çempionatlarının mükafatçıları,  2021-ci il Azərbaycan Çempionatının (I dəstə) qalibi və  rayon çempionatlarının mükafatçıları (beynəlxalq əmsalı 1600-dən az olmayan) iştirak edə bilərlər.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss