SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vuqar Həşimov Memorialı 2022" Nyu-York-un "Times" meydanında (Foto, Video)

Dekabrın 17-də Bakıda start götürəcək mərhum qrossmeysterimiz, yığmamızın heyətində Avropa çempionu olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vüqar Həşimov Memorialı 2022”-in reklam baneri Nyu-York şəhərinin mərkəzində yayımlanıb. 

  Chess.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərinin ən məşhur meydanlarından biri olan "Times" meydanında Azərbaycanda keçiriləcək yarışın reklam banerini görmək qürurvericidir.

  Qeyd edək ki, on şahmatçının mübarizə aparacağı turnir, şahmatın rapid və blits növü üzrə oynanılacaq. Mötəbər yarış  Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq. Yarış dekabrın 24-dək davam edəcək. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss