SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rauf Məmmədov: "Ümumiyətlə şahmat dünyası xeyli cavanlaşıb"

Qrossmeysterimiz Rauf Məmmədov dekabrın 17-də Bakıda start götürəcək "Vüqar Həşimov Memorealı 2022" öncəsi turnir barədə fikirlərini bölüşüb. 

  Chess.az xəbər verir ki, yarışın mətbuat xidmətinə açıqlama verən Məmmədov, yarış və öz şansları barədə bunları deyib: "Çox sevindiricidir ki, Memoreal bu il də keçiriləcək. Artıq səkkizinci dəfədir keçiriləcək yarışda yenə də çox güclü və titullu şahmatçılar mübarizə aparacaq. Rəqiblərimə çox ciddi yanaşıram. İndidən söyləmək olar ki, turnir çox maraqlı olacaq. İstər bu Memorealda, istərsə də "Vüqar Həşimov" Şahmat Klubunun heyətində çıxış etdiyim zamant elə bil ki, Vüqarı yanımda hiss edirəm, onun dəstəyini hiss edirəm. Onun partiyaları nəinki Azərbaycanda, bütün dünyada böyük maraqla müzakirə olunurdu və olunur. Şanslarımı  normal dəyərləndirirəm. Ümumiyətlə şahmat dünyası xeyli cavanlaşıb. İndi gənc şahmatçılar güclü turnirlərdə uğurla çıxış edirlər və hətta qələbələr də qazanırlar"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss