SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbov dünya çempionatında iştirak etməkdən imtina etdi!

Dekabrın 25-də Qazaxıstanın Almatı şəhərində start götürəcək Rapid və Blitz üzrə dünya çempionatlarına yollanacaq Azərbaycan şahmatçıların siyahısında dəyişiklik edilib.

 Chess.az xəbər verir ki, bir neçə gün öncə siyahıda 14 azərbaycanlı şahmatçının adı qeyd olunsa da, indi bu rəqəm 13-ə enib. Əvvəlcədən iştirakçılar sırasında olan Teymur Rəcəbovun adı, sonradan həmin siyahıdan çıxarılıb. Teymurun DÇ-da iştirak etməməsinin səbəbləri hələ ki, məlum deyil.  
  Teymurun imtinasından sonra Azərbaycanı DÇ-da bu şahmatçılar təmsil edəcək: (kişilər) Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli. (qadınlar) Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ləman Hacıyevadır.
 Qeyd edək ki, dünya çempionatında istər kişilərin, istərsə də qadınların yarışında dünyanın ən güclü şahmatçıları mübarizə aparacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss