SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

5 yaşımız mübarək!

  Əziz və dəyərli oxucu ,
   Düz beş il bundan öncə, 2017-ci ilin dekabrın 11-də Chess.az saytı fəaliyyətə başlamışdır. Əsasən şahmat xəbərlərinin istehsalı və yayımı ilə məşğul olan saytımız qısa müddət ərzində ölkənin şahmat aləmində özünəməxsus yerini tutmağa bacarmışdır.
   
   Sevindirici haldır ki, məhz bizim beşillik fəaliyyətimiz şahmat idman növü ölkədə daha populyarlaşmasında, sosial şəbəkələrdə yeni səhifələrin və Youtube kanalların yaradılmasına təkan vermişdir. Bunun bir adı var - inkişaf. Və bizi şadıq ki, biz bu inkişafın mərkəzindəyik. 

  Chess.az ötən beş il ərzində ölkədə kifayət qədər oxunan və şahmat ictimaiəti arasında tanınan sayta çevrilib desək yanılmarıq.
 
  Qərəzsiz, hər kəsin sözünü deməyə çalışan, düzə düz, əyriyə əyri deyən sayt yaratmağı bacardığımız üçün xoşbəxtik. Biz beş il əvvəl də, bu gün də tam müstəqil fəaliyyət göstəririrk və bundan sonra göstərməyə davam edəcəyik.
   
   Biz  beş ildir ki, ölkədə şahmatın daha da geniş təbliğ olunmasına və inkişaf etməsi üçün çalışırıq. Şahmatçılarımızın müxtəlif yarışlarda çıxışlarını, onlara aid ən son xəbərləri, beynəlxalq və yerli arenalarda baş verən mühüm hadisələri oxucularımıza maksimum operativ şəkildə çatdırmağa çalışırıq. Düzdür, bəzən saytımızda biraz operativlik çatışmasa da, biz yenə də çalışırıq. Çalışırıq ki, şahmat həvəskarlarımızı maksimum məlumatlandıraq və hər il ötdükcə daha da inkişaf edək. 
 
  Fürsətdən istifadə edib bir daha bütün Azərbaycan xalqını Vətən müharibəsində qazanılan parlaq zəfər münasibətilə ürəkdən təbrik edirəm. İşğalda olan ərazilərimizin azadlığı uğrunda şəhid olan əsgərlərimizi və erməni terrorunun qurbanı olmuş dinc vətəndaşlarımıza Allahdan rəhmət diləyirik, müharibə iştirakçılarına isə bir daha Çox Sağolun demək istəyirik.

Beş yaşımız mübarək!
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss