Beynəlxalq Şahmat Federasiyası növbəti dəfə Azərbaycana böyük etimad nümayiş etdirib.
FİDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan Dünya Kubokunun təşkilatçılığını Azərbaycana həvalə edib.Mötəbər yarış paytaxt Bakıda keçiriləcək. Dünya Kuboku 2023-cü il iyulun 29-dan avqustun 26-dək davam edəcək.
Qeyd edək ki, bu Azərbaycanın ev sahibliyi edəcəyi ikinci Dünya Kuboku yarışı olacaq.