SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Vüqar Həşimov Memorialı 2022” başlayır! (CANLI)

Bu gün Bakıda hamının böyük maraqla gözlədiyi “Vüqar Həşimov Memorialı 2022” start götürəcək. 

CANLI

    Səkkizinci dəfədir ki, keçiriləcək superturnir, dekabrın 17-dən 24-dək paytaxtımızda yerləşən “Fairmont Baku” hotelində baş tutacaq. Mərhum qrossmeysterimiz, yığmamızın heyətində Avropa çempionu olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənvi yarış, hər il olduğu kimi bu il də çox güclü heyətə malik olacaq. Azərbaycan yığma komandasının aparıcı üzvləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, gənc ulduzumuz Aydın Süleymanlı, bu yaxınlarda 20 yaşadək şahmatçılar arasında dünya çempionu adını qazanmış Abdulla Qədimbəyli ilə yanaşı, Rumıniyanı təmsil edən Riçard Rapport, hindistanlı şamat ulduzu Qukeş və bu ilin yayında Özbəkistan yığmasının heyətində olimpiya çempionu olmuş Nodirbek Əbusəttarov, İspaniyanın ən güclü şahmatçılarından biri hesab olunan Valeho Pons, amerikalı Sem Şenkland və çinli Vanq Xao bu mötəbər yarışın iştirakçıları olacaqlar. 
  Qeyd edək ki, on şahmatçının mübarizə aparacağı turnir, şahmatın rapid və blits növü üzrə oynanılacaq. Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss