SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan niyə Avropa çempionatında çıxış etmir?

Polşanın Katovitse şəhərində Rapid və Blitz üzrə Avropa çempionatı davam edir. 

 Chess.az xəbər verir ki, Azərbaycan 37 ölkədən 910 şahmatçının qatıldığı qitə birinciliyində demək olar ki, təmsil olunmur. Niyə demək olar ki? Çünki, əslində AÇ-da ölkəmiz bir şahmatçı ilə təmsil olunur. Bu 1775 ELO reytinqinə malik 21 yaşlı şahmatçımız Rüfət Nəsibovdur. Lakin, bizdə olan məluata görə Nəsibov Avropa çempionatına Azərbaycan Şahmat Federasiyası tərəfindən gönərilməyib və ümumiyyətlə bu şahmatçı Avropa ölkələrinin birində yaşayır. Belə olan halda Azərbaycan tərəfinin qitə birinciliyinə nədən şahmatçı göndərmədiyi böyük sual doğurur. Hər halda sözügedən yarış hansısa Open və ya Memoreal deyil. Bu Avropa Şahmat İttifaqının keçirdiyi rəsmi Avropa çempionatıdırAvropanın aparıcı şahmat ölkəsinin orada təmsil olunmaması təəsüf hissi doğurur.
  Bizsiz keçən Avropa çempionatına gəlincə, yarışda keçirilmiş altı turdan sonra turnir cədvəlinə 100%-lik nəticə göstərən çexiyalı David NavaraAlmaniya təmsilçisi Daniel Fridaman başçılıq edirlər. İngiltərənin əfsanəvi şahmatçısı Maykl Adams isə 5.5.xalla üçüncüdür. Həmyerlimiz Rüfət Nəsibov isə 3 xalla 422-ci yerdə qərarlaşıb.     скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss