SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nodirbek Əbusəttarov “Vüqar Həşimov Memorialı"-nın vahid lideridir (CANLI)

Dünən Bakıda hamının böyük maraqla gözlədiyi “Vüqar Həşimov Memorialı 2022” start götürdü. 

CANLI

    Chess.az xəbər verir ki, səkkizinci dəfədir ki, təşkil edilən superturnirinin açılış oyununda ilk gedişi, mərhum qrossmeysterimiz Vüqar Həşimovun atası Qasım Həşimov etdi. Yığmamızın heyətində Avropa çempionu olmuş, bir çox yerli və beynəlxalq yarışların qalibi olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi turnir dekabrın 24-dək davam edəcək. On şahmatçının mübarizə apardığı turnir, şahmatın rapid və blits növü üzrə oynanılacaq.Dünən artıq rapid yarışının ilk üç turu oynanıldı. Keçirilmiş üç turdan sonra, turnir cədvəlinə 100%-lik nəticə ilə (6 xal) özbək Nodirbek Əbusəttarov başçılıq edir. Həmyerlimiz Rauf Məmmədov 5 xalla ikinci pillədə qərarlaşıb.
   Bu gün Bakı vaxtı ilə saat 15:00-dan etibarən turnirin növbəti üç turu oynanılacaq. Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss