SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Əbusəttarov-Məmmədov. 15:00-da final kimi matç! (CANLI)

Bakıda mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Vüqar Həşimov Memorialı 2022” şahmat superturniri davam edir. 
CANLI
    Chess.az xəbər verir ki, bu gün mötəbər turnirin rapid yarışına yekun vurulacaq. İki oyun günü ərzində keçirilmiş alı turdan sonra, rapid turnirinə aktivində 10 xalı olan özbək Nodirbek Əbusəttarov başçılıq edir. Ondan cəmi bir xal geri qalan həmyerlimiz Rauf Məmmədov ikinci, çinli Vanq Xao isə 8 xalla üçüncü pillədə qərarlaşıblar. 

   Bu gün, günün açılış matçında azarkeşləri olduqca maraqlı partiya gözləyəcək. Liderlər, Əbusəttarovla Məmmədov yeddinci turun mərkəzi görüşündə eüz-üzə gələcəklər. Məhz bu partiya böyük ölçüdə rapid yarışının qalibi adına aydınlıq gətirə bilər. 
   Xatırladaq ki, artıq səkkizinci dəfədir ki, təşkil olunan superturnir, dekabrın 24-dək davam edəcək. Yeddi ölkədən on şahmatçının mübarizə apardığı yarış, şahmatın rapid və blits növü üzrə oynanılacaq. 
  Qeyd edək ki, memoreal Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. 

6 turdan sonra turnir cədvəli:

1.N.Əbusəttarov (Özbəkistan) - 10, 2.R.Məmmədov (Azərbaycan) - 9, 3.V.Xao (Çin) - 8, 4.P.Valeho (İspaniya) - 7, 5-6.Ş.Məmmədyarov, A.Qədimbəyli (hər ikisi Azərbaycan), R.Rapport (Rumıniya), D.Qukeş (Hindistan) - 5, 9.S.Şenkland (ABŞ) - 4, 10.A.Süleymanlı (Azərbaycan) - 2.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss