SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarovdan fantastik "comeback"! (CANLI)

Bu gün, bir günlük fasilədən sonra Bakıda mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Vüqar Həşimov Memorialı 2022” şahmat superturniri davam etdi. 
CANLI
    Chess.az xəbər verir ki, bu gün mötəbər turnirin Blitz yarışına start verildi və ilk doqquz tur oynanıldı. Sevindirici haldır ki, həmyerlimiz Şəhriyar Məmmədyarov Rapiddəki səssizlikdən sonra, Blitz-də öz sözünü deməyə başladı. Şah bu gün keçirdiyi 9 partiyadan altısında qələbə qazanıb, ikisində heç-heçə edib və yalnız bir dəfə məğlub oldu. 

  Hazırda "Vuqar Həşimov Memorialı 2022"-in Blitz turnirinin vahid lideri olan Məmmədyarov, yarışın ümumi hesabında da yüksəlişə nail olub. Şəhriyar ümumi hesabda 15 xalla daha bir həmyerlimiz Rauf Məmmədovla birlikdə 3-4-cü yerləri bölüşür. Yarışa isə, aktivində 20 xalı olan özbək Nodirbek Əbusəttarov başçılıq edir. 16.5 xalı olan ispan Pons Valeho isə ikincidir.
   Sabah Bakı vaxtı ilə saat 15:00-da start götürəcək Blitz turnirinin son doqquz turunda sonra, "Vüqar Həşimov Memorialı 2022"-ni builki qalibinin adı məlum olacaq. 


18 turdan sonra turnir cədvəli:

1.N.Əbusəttarov (Özbəkistan) - 20. 
2.P.Valeho (İspaniya) - 16.5. 
3-4.Ş.Məmmədyarov, R. Məmmədov - 15 (hər ikisi Azərbaycan). 
5-6.R.Rapport (Rumıniya), V. Xao (Çin) - 14. 
7.S Şenkland (ABŞ) - 12.5. 
8.A. Qədimbəyli (Azərbaycan) - 10. 
9-10.A.Süleymamlı (Azərbaycan), Qukeş (Hindistan) -9.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss