Azərbaycanlı təcrübəli qrossmeyster Azər Mirzoyevin Cənubi Amerika turnesi başa çatıb.
Chess.az xəbər verir ki, Mirzoyev Kolumbiyada ard-arda iki turnirdə iştirak edib və hər iki yarışda üçüncü yerləri tutub. Parada-Jamundidə qazandığı üçüncülükdən sonra, Azər Mirzoyev Palmira şəhərinə yollanıb və orada da üçüncü olub.
