Teymur Rəcəbov : "Mən çox yerdə oynamışam və müxtəlif turnirlərin qalibi olmuşam. Lakin kommersiya xarakterli klassik turnirlər artıq öz baxımlılığını itirir. Məni daha çox dünya çempionu ola biləcəyim turnirlər, Dünya Kuboku və ya Olimpiya medalları qazana biləcəyim yarışlar maraqlıdır. Məhz buna görə də bundan sonra diqqətimi yalnız bu turnirlərə ayıracam. Bundan əlavə düşünürəm ki, şahmat daha sürətli olmalıdır".
Qeyd edək ki, bu açıqlamalara baxmayaraq, 35 yaşlı şahmatçımız bu gün Qazaxıstanda start götürəcək Rapid və Blitz üzrə Dünya çempionatlarında iştirak etməyəcək.

26-12-2022, 08:36