Ötən həftə Azərbaycan Şahmat Federasiyasında 2022-ci ilin yekunlarına həsr olunan konfransında bir məqam hamının diqqətini cəlb etdi.
Belə ki, AŞF-in prezidenti Mahir Məmmədovun, birinci vitse-prezident Faiq Həsənovun, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov və Cahangir Ağarəhimovun, baş katib İlahə Qədimovanın iştirak etdiyi tədbirdə, Azərbaycan Şahmat Federasiyasının daha bir vitse-prezidenti olan Seymur Talıbov yox idi.
Bəzi mətbuat orqanları onun ilin yekunlarına həsr olunan konfransa qatılmamasını Naxçıvan Muxtar Respublikasında son vaxtlar baş verən hadsələr və xüsusilə də Seymur Talıbovun atası, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun həmin vəzifədən istəfa etməsi ilə əlaqələndirir. Lakin Chess.az-ın əldə etdiyi məlumata görə, Seymur Talıbov istər Naxçıvan Şahmat Federasiayasının prezidenti postundan, istərsə də AŞF-nın vitse-prezidenti postundan istefa verməyib və belə bir arzu ilə müraciət belə etməyib. Seymur Talıbov sözügedən tədbirə sadəcə şəxsi işlərinin çoxluğu səbəbindən qatılmamışdır.
