Qazaxıstanın Almatı şəhərində davam edən Rapid üzrə dünya çempionatında Azərbaycana aidiyyatı olan maraqlı bir hadisə yaşanıb.
Chess.az xəbər verir ki, əslində DÇ-da iştirak edən 13 şahmatçıdan başqa, orada daha bir şahmatçı Azərbaycan bayrağı altında çıxış edir. Bu vaxtı ilə Azərbaycan yığmasında çıxış etmiş, əslən latviyalı olan Arkadiy Naydiçdir.
DÇ-nın yeddinci turunda Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli ilə Azərbaycan bayrağı altında çıxış edən Arkadiy Naydiçlə üz-üzə gəlib. Sevindirici haldır ki, partiya Abdullanın qələbəsi ilə nəticələndi.
Qeyd edək ki, Naydiç artıq iki ildir ki, yığmamızda çıxış etmir və o bu müddət ərzində özünə yeni "vətəndaşlıq" axtarışında olub. Məhz bu səbəbdən Arkadiy Naydiç hələ də Azərbaycan bayrağı altında çıxış edir.

27-12-2022, 16:28