Bu gün Azərbaycan Şahmat Federasiyasının rəsmi Feysbuk səhifəsində paylaşılan bir birinə zidd iki xəbər, saytımızın daimi oxucusunun diqqətini cəlb edib.
Belə ki, təxmini dörd saat öncə paylaşılan və Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin dünənki qala gecəsi ilə bağlı olan xəbərdə, nominasiyaların birində qalib olmuş Gövhər Beydullayevanın hal hazırda Qazaxıstanda olduğu və onu əvəzinə mükafatın federasiya rəsmisi tərəfindən aldığı qeyd edilir.
Bəli, bu həqiqətən də belədir. Hamımızın bildiyi ki, Gövhər hal hazırda Qazaxıstanın Almatı şəhərində keçirilən Rapid üzrə dünya çempionatında iştirak edir.
Lakin həmin xəbərdən cəmi dörd saat sonra, AŞF-nın Feysbuk səhifəsi Gövhərin hal-hazırda Bakıda olduğunu və bu gün Çili Respublikasının Azərbaycandakı səfirliyində, federasiya resmiləri ilə birlikdə səfir Fidel Koloma ilə görüşdüyünü yazır.

27-12-2022, 17:45