Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, Naxçıvan MR-ın Ali Məclisin deputatı, Naxçıvan Şahmat Federasiyasının prezidenti və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olan Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub.
Chess.az Qaynarinfo.az saytına istinadən xəbər verir ki, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.
Sayt yazır ki, hazırda Seymur Talıbova məxus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənara çıxararaq biznes qurduğu deyilir.

28-12-2022, 09:57