SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rapid üzrə dünya çempionatının son günü (CANLI YAYIM)

Bu gün Qazaxıstanın Almatı şəhərində Rapid üzrə dünya çempionatına yekun vurulacaq. 

CANLI



  Son oyun günündən öncə kişilərən yarışında ümumi qələbəyə ən yaxın olan şahmatçı həmişəki kimi norverçli Maqnus Karlsendir. Son illər qatıldığı bütün yarışların şərtsiz favoriti və adətən sonda onların qalibi olan Maqnus, deyəsən Qazaxıstandan da qızıl medalla və hətta medallarla qayıtmağa çox yaxındır. Keçirilmiş doqquz turdan sonra Karlsen 7.5 xalla yarış cədvəlinin vahid lideridir. Onun ən yaxın izləyiciləri isə, Maqnusdan cəmi yarım xal geri qalan rus Vladimir Fedoseyev, alman Vinsent Keymer və Rapid üzrə hazırki dünya çempionu olan özbək Nodirbek Əbusəttarovdur. 
  Qeyd edək ki, bu gün yarışda son dörd turun partiyaları keçiriləcək. Məhz həmin dörd turdan sonra Rapid üzrə dünya çempionun adı məlum olacaq. 
   Bu yarışda çıxış edən həmyerlilərimizə gəlıincə, onların arasında gözlənildiyi kimi ən yaxşı nəticəyə daha təcrübəli olan Şəhriyar Məmmədyarovla Rauf Məmmədov malikdir. Hər iki şahmatçının aktivində 6 xalı var və onlar turnir cədvəlinin 11-28-ci pillələrini bölüşürlər. Düzdür, hər iki şahmatçının teoretik də olsa çempionluq şansı qalır. Lakin məsələyə real yanaşsaq, onlardan heç olmasa birinin bürünc medal qazanması belə böyük uğur sayılacaq. Digər şahmatçılarımızdan Aydın Süleymanlı 5 xalla 64-cü, aktivində 4.5 xalı olan Vüqar Əsədli 90-cı, 4 xalı olan Vasif Durarbəyli 106-cı, Vasiflə eyni xalı olan Abdulla Qədimbəyli isə 113-dür.
  Qadınların yarışında da bu gün mübarizə başa çatacaq. Turnir cədvəlinə nəzər saldıqda, orada azarkeşlərin olduqca maraqlı  sonluq izləyəcəklərini söyləmək olar. Səkkiz turdan sonra aktivlərində 6.5 xalları olan liderlər çinli Jonqyi Tan, rus Aleksandra Qoryaçkina və hindistanlı Şri Savithanı, onlardan cəmi yarı xalı az olan altı şahmatçı izləyir. Həmyerlilərimiz Gülnar MəmmədovaXanım Balacayeva 5 xalla yarış cədvəlinin 17-26-cı pillələrini bölüşürlər. Ülviyyə Fətəliyeva 4.5 xalla 32-ci. Günay Məmmədzadə, Ləman HacıyevaGövhər Beydullayeva isə 4 xalla 43-59-cu yerləri bölüşürlər. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss