SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Miayi Lu : "Yenidən imkan yaransa, böyük məmnuniyyətlə Bakıya gələrəm"

Chess.az saytı Bakıda başa çatmış "White Rook Cup" şahmat festivalının iştirakçılarından biri olan 13 yaşlı çinli şahmatçı Miayi Lu ilə qısa söhbət edib. 

 Saytımıza verdiyi qısa açıqlamasında, Lu Bakının gözəlliyini və buradakı insanlardan danışıb : "Bakı çox gözəl şəhərdir və burada çox qonaqpərvər insanlar yaşayır. Yenidən imkan yaransa, böyük məmnuniyyətlə Bakıya gələrəm. Hamıya hər şeyə görə təşəkkür edirəm". 

 Qeyd edək ki, 2399 ELO reytinqinə malik olan Lu dünyanın ən perspektivli qadın şahmatçılarından biri hesab olunur. 13 yaşlı şahmatçı Çində qadınlar arasında 8-ci, dünya reytinq sıralamasında isə 53-cü pillədə qərarlaşıb. Bundan əlavə Miayi 20 yaşadək qızlar arasında dünyada üçüncüdür. 

 Bakıda keçirilmiş turnirə gəlincə, Lu qrossmeyster normalı turnirdə doqquz oyuna 3 xal toplayaraq səkkizinci, Rapid yarışında isə yeddi turdan topladığı 6 xalla ikinci olmuşdur. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss