SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İlham Əliyev : "O bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var"

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

  Chess.az xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
  Prezident çıxışı zamanı bu il Şuşada keçirilmiş "Shusha Chess 2022" şahmat turnirinə də toxunub və işğaldan azad olunmuş torpaqlarda bu kimi idman tədbirlərin keçirilməsininin vacibliyini qeyd edib: "Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir". скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss