SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FIDE siyasəti şahmata qatır?!

2023-cü ilin ən böyük qalmaqalı, böyük ehtimalla Dvorkoviç - Bayat mübarizəsi olacaq.

  Düzdür, qalmaqalın təməli 2022-ci ildə atılıb, lakin onun əsas hadisələri məhz bu il  yaşanacaq.

Şöhrət Bayat kimdir!?

  İranın və dünyanın ən yaxşı şahmat hakimlərindən biri olan Bayat, 2020-ci ildə keçirilmiş qadınlar arasında dünya çempionatının final matçının baş hakimi təyin edilmişdi. İrandan olan hakim həmin matçın ilk partiyasına gözlənilmədən baş örtüksüz və dizədək olan ətəklə çıxıb. Matçdan sonra Şöhrət Bayat İran vətəndaşlığından imtina edərək, bir daha ora qayıtmayacağını elan etmişdir.
 Bayat həmin hadisədən sonra Londonda köçür. Bu iki il ərzində bir çox mötəbər turnirdə hakimlik etmiş xanım hakim, hazırda İngiltərəni təmsil edir.

   Hər şey yaxşı gedirdi. 2022-ci ilin oktyabr ayına qədər.

  Əvvəlcə Şöhrət Bayat Ukraynaya dəstək verən məktuba imza ataraq, Rusiyanın aqressiyasını pisləmişdir.
  Daha sonra isə, İslandiyada keçirilmiş Fişer şahmat üzrə dünya çempionatının hakimi olan Şöhrət Bayat, elə ilk oyun günündə İranda hüquqları tapdalanan qadınlara dəstək olmaq üçün Qadın-Həyat-Azadlıq yazılı köynəklə çıxmışdır.



  Bayatın son hərəkəti FİDE-nin prezidenti Arkadiy Dvorkoviçin xoşuna gəlmədi və o birbaşa onun özü ilə əlaqə saxlayaraq geyimini dəyişməyini və siyasəti şahmata qatmamağını tələb etmişdir. Şöhrət Bayat qurumun rəhbərinə verdiyi cavabında  isə, bu tələbi ona rəsmi və yazılı formada olmasını tələb etmişdir.

  Təbii ki, FİDE Bayatın  bu tələbini yerinə yetirmədi və həmin çempionatdan sonra, hakim Şöhrət Bayat FİDE bayrağı altında keçirilən heç bir yarışa dəvət almır və belə görünür ki, heç almayacaq da.

  Maraqlıdır, Kremlə yaxınlığı ilə tanınan və vaxtı ilə Putinin ən yaxın adamlarından biri olmuş Dvorkoviç, Rusiyanın siyasətini pisləyən və Rusiyanın azsaylı müttəfiqlərindən biri olan İrana qarşı çıxan bir xanımı belə sərt və qeyri rəsmi şəkildə cəzalandırmaqla özü şahmatla siyasəti qatmış olmur ki?скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss