Bu gün şahmat üzrə kişilər arasında yubiley, 30-cu Azərbaycan çempionatı start götürəcək.
CANLI
Chess.az xəbər verir ki, ümumi mükafat fondu 25 000 manat olan ölkə birinciliyi, AŞF-nın mənzil gərargahında oynanılacaq. Çempion adı uğrunda 20 şahmatçı mübarizə aparacaq. Bunlar, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Murad İbrahimli, İsmayıl Şahəliyev, Vüqar Manafov, Şiroğlan Talıbov, Fərid Mustafayev, Elvin Bayramov, Şahin Vəliyev, Fariz Əhmədov, Xaqan Əhməd və İsmayıl Qurbanovdur. mübarizə aparacaq.
Yarışın qalibi 10 min manat pul mükafatı qazanacaq və böyüklər arasında Azərbaycan milli komandasına vəsiqə əldə edəcək.
Bu gün başlayacaq Azərbaycan çempionatı 9 turdan ibarət olacaq. İlk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşlərindən sonra məlum olacaq. Bundan əlavə, ilk dördlüyə düşən şahmatçılar şəxsi Avropa çempionatında iştirak hüququ qazanacaq. Oyunlat Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
