SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

30-cu Azərbaycan çempionatı: Vasif vahid liderdir (CANLI)

 AŞF-nın mənzil gərargahında şahmat üzrə kişilər arasında yubiley, 30-cu Azərbaycan çempionatı davam edir.

CANLI


    Chess.az xəbər verir ki, ümumi mükafat fondu 25 000 manat olan ölkə birinciliyinin artıq üç turu oynanıldı. Xatırladaq ki, ölkə çempiounu adı uğrunda 20 şahmatçı mübarizə aparır. Bunlar, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Murad İbrahimli, İsmayıl Şahəliyev, Vüqar Manafov, Şiroğlan Talıbov, Fərid Mustafayev, Elvin Bayramov, Şahin Vəliyev, Fariz Əhmədov, Xaqan Əhmədİsmayıl Qurbanovdur. İsveçrə sistemi üzrə keçirilən yarışın sonunda (9 tur) ilk dörd yeri tutmuş şahmatçı yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Onu da qeyd edək ki, yarımfinalçılar həmçinin şəxsi Avropa çempionatında iştirak etmək hüququnu da qazanacaqlar. 

  Belə ki, üç turdan sonra turnir cədvəlinə 100 %-lik nəticə ilə Vasif Durarbəyli başçılıq edir. Onu, aktivlərində 2 xalları olan Şiroğlan Talıbov, Aydın Süleymanlı, Nicat Abbasov, Ülvi Sadıqov, Xəzər BabazadəEltac Səfərli izləyirlər. Bu gün ölkə birinciliyinin dördüncü turu keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss