SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"TATA STEEL MASTERS 2023": 17:15-də Karlsen - Dinq Liren (CANLI YAYIM)

Yanvarın 14-də Niderlandda dünyanın ən mötəbər şahmat turnirlərindən biri olan ənənəvi Veyk-an Zee Şahmat Festivalı (TATA STEEL) start götürüb.



CANLI
 
   Chess.az xəbər verir ki, sayca 85-ci dəfədir ki keçirilən yarışda həmişəki kimi 14 şahmatçı mübarizə aparır. Təəsüf ki, bu il Azərbaycan bu mötəbər yarışda təmsil olunmur. Artıq yarışın ilk iki turu da oynanıldı və keçirilmiş iki turdan sonra, dörd şahmatçıdan ibarət liderlər qrupu da müəyyənləşib. Bunlar iki oyundan sonra 1.5 xal toplayan Maqnus Karlsen, Nodirbek Əbusəttarov, Dinq Liren və meydan sahibi Aniş Giridir. 

  Bu gün Bakı vaxtı ilə saat 17:15-də turnirin 3-cü turun oyunlarına start veriləcək. Turun mərkəzi görüşündə norveçli Maqnus Karlsenlə çinli Dinq Liren arasında keçiriləcək. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss