SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AŞF-dan tənqidlərə "cavab"! Daha bir rus gətirildi

Ötən həftə tanınmış şahmat məşqçisi olan qrossmeyster Rəsul İbrahimovun Sport24.az saytına verdiyi müsahibə ölkənin şahmat gündəmi zəbt etmişdir.

  Müsahibədə AŞF-nın apardığı siyasəti sərt tənqid edən İbrahimov, ölkədə kifayət qədər güclü şahmat mütəxəssislərin olduğunu və onların nədənsə federasiyanın diqqətindən kənar qalmasından gileylənmişdi.

RƏSUL İBRAHİMOVUN SPORT24.AZ
SAYTINA MÜSAHİBƏSİ. 


   Rəsul İbrahimov xüsusilə AŞF-nın ötən il federasiyaya məşqçi kimi dəvət etdiyi Mixayil Şereşevskiynin gəlişini tənqid etmişdir. İbrahimov bu təyinatı belə şərh etmişdir : "Mənə elə gəlir ki, bu təyinatlar Rusiya Şahmat Federasiyasından gəlir. Azərbaycan Şahmat Federasiyası da həmin qurumun bir filialına dönüb".
 
  Müsahibədən cəmi dörd gün sonra, Azərbaycan Şahmat Federasiyası dolayısı ilə Rəsul İbrahimova "cavab" verdi. Belə ki, AŞF-nın rəsmi saytı daha bir rus, Yevgeniy Tomaşevskiynin bundan sonra federasiyada məşqçi kimi fəaliyyət göstərəcəyini rəsmi şəkildə açıqladı. Yevgeni Tomaşevski yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss