SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

30-cu Azərbaycan çempionatı : Vasifin qələbə seriyası qırıldı (CANLI)

AŞF-nın mənzil gərargahında şahmat üzrə kişilər arasında yubiley, 30-cu Azərbaycan çempionatı davam edir.

CANLI


    Chess.az xəbər verir ki, ümumi mükafat fondu 25 000 manat olan ölkə birinciliyinin artıq altı turu arxada qaldı. Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə oynanılır və doqquz turdan ibarət olacaq. Doqquz turun sonunda ilk dörd yeri tutmuş şahmatçılar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
   Arxada qalmış altı turdan sonra, yarış cədvəlinə aktivində 5.5 xalı olan Vasif Durarbəyli başçılıq edir. Ardıcıl beş qələbədən sonra, Vasif altıncı turda gənc Aydın Süleymanlı ilə xallarını bölməli oldu və bununla da onun beşoyunluq qələbə seriyası başa çatdı.
    Durarbəylinin ən yaxın izləyicisi aktivində 4.5 xalı olan və hal-hazırda hərbi xidmət keçən "əsgər" Vüqar Əsədlidir. Liderləri 4 xalla Aydın Süleymanlı, Nicat AbbasovXəzər Babazadə üçlüyü izləyir. 

  Bu gün ölkə birinciliyinin yeddinci turun oyunları keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Turun mərkəzi görüşündə ölkə birinciliyinin liderləri olan Vüqar Əsədli ilə Vasif Durarbəyli üz-üzə gələcəklər. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss