SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karlsen oktyabrda Qətərə gedəcək!

Bu ilin oktyabr ayında səkkiz illik fasilədən sonra "Qatar Masters" şahmat turniri beynəlxalq şahmat təqviminə qayıdacaq.

 Chess.az xəbər verir ki, ümumi mükafat fondu 110 000 dollar olacaq Open turnirin, oktyabrın 10-dan 20-dək keçirilməsi nəzərdə tutulur. Artıq təşkilatçılar həmin turnirə dəvət olunacaq şahmatçılarla danışıqlara da başlayıblar. 

  Təşkilat komitəsinin təmasa keçdiyi ilk şahmatçı isə hazırki dünya çempionu Maqnus Karlsen oldu. Qətər Şahmat Federasiyasının prezidenti Mohamed Əl-Muhdaka Chess24.com saytına verdiyi açıqlamasında Karlsenlə danışıqların başa çatdığını və onunla anlaşdıqalarını açıqlayıb : "Danışıqlar yekunlaşıb. Karlsen bu turnirdə oynayacaq! Onun orada iştirak etməsi üçün biz yarışı oktybr ayına salmağa razı olduq".  

  Qeyd edək ki, 2015-ci ildə keçirilmiş sonuncu "Qatar Masters" turnirinin qalibi məhz Maqnus Karlsen olmuşdur. 

  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss