SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

30-cu Azərbaycan çempionatı: Bu gün yarımfinallar başlayır

Dünən AŞF-nın mənzil gərargahında şahmat üzrə kişilər arasında yubiley, 30-cu Azərbaycan çempionatının birinci mərhələsi başa çatdı.

CANLI


   Daha öncə xəbər verdiyimiz kimi, İsveçrə sistemi üzrə oynanılan və doqquz turdan ibarət olan çempionatının birinci mərhələsinin sonunda ilk dörd yeri tutmuş şahmatçı yarımfinala vəsiqə qazandı.

  Bunlar mərhələni lider kimi başa vurmuş və ardıcıl üçüncü ildir ki, yarıfinala vəsiqə qazanan, 2021-ci ildə isə Azərbaycan çempionu olmuş  Vasif Durarbəyli, son üç ildə iki dəfə ölkə çempionu adını qazanmış gənc Məhəmməd Muradlı, 2016-cı ilin çempionu təcrübəli Eltac Səfərli və hələ ki, bu titula yiyələnə bilməyən yeganə yarımfinalçı Vüqar Əsədlidir. 
 
   Bu gün ölkə birinciliyinin yarımfinal mərhələsinə start veriləcək. Yarımfinal matçlarında Vasif Durarbəyli ilə Eltac Səfərli, ikinci cütləşmədə isə Vüqar Əsədli ilə Məhəmməd Muradlı üz-üzə gələcəklər. 

   Qeyd edək ki, yarımfinal matçları iki oyundan ibarət olacaq. Əgər bu matçlarda bərabərik qeydə alınarsa, qalibi müəyyən etmək üçün iki Rapid partiya oynanılacaq (15 dəqiqə+hər gedişə 10 saniyə). Bu partiyalar da qalibi müəyyən etməsə, iki Blitz partiya keçiriləcək (3 dəqiqə+ hər gedişə 2 saniyə). Burada da bərabərlik qeydə alınarsa, tərəflər arasında Armagedon oynanılacaq. 
  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss