SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Əsədli bu gün Azərbaycan çempionu ola bilər (CANLI)

Bu gün AŞF-nın mənzil gərargahında davam edən şahmat üzrə kişilər arasında yubiley 30-cu Azərbaycan çempionatının qalibi müəyyənləşə bilər.

CANLI


   Chess.az xəbər verir ki, Vüqar Əsədli ilə Vasif Durarbəyli arasında oynanılan final matçının ilk partiyası Vüqarın qələbəsi ilə nəticələndi. Dünən qeydə alınan nəticə Əsədlinin ilk çempionluğuna xeyli yaxınlaşdırmış oldu. Azərbaycan çempionu olmaq üçün Vüqara bugünkü partiyanı bərabərliklə başa vurmaq kifayət edəcək.

   Bürünc medal uğrunda keçirilən matçda isə Məhəmməd Muradlı ilə Eltac Səfərli ilk partiyalarını bərabərliklə başa vurublar. Qeyd edək ki, ölkə birinciliyinin ümumi mükafat fondu 25 000 manat təşkil edir. Çempion olacaq şahmatçı isə 10 000 manat məbləğində mükafat qazanacaq. 
  
  Final və 3-4-cü yerlər uğrunda matçların cavab qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss