Bu gün Niderlandda davam edən dünyanın ən qədim və ən mötəbər şahmat turnirlərindən biri olan TATA STEEL MASTERS turnirinin 11-ci turun oyunları keçiriləcək.
CANLI
Bu turu yarışın ən maraqlı və həlledici turu adlandırsaq, yanılmarıq. Buna səbəb bu gün yarış cədvəlinin ilk dörd pilləsində qərarlaşan şahmatçılar bir-biri ilə qarşılşmalarıdı.
Turnirdə fantastik performans göstərən və yarış cədvəlinə başçılıq edən özbək Nodirbek Abusəttarov 11-ci turda ondan yarım xal geri qalan və ikinci pillədə qərarlşan Aniş Giri ilə, liderləri izləyən və giridən cəmi yarım xal geri qalan Maqnus Karlsenlə Vesli So üz-üzə gələcəklər. Bu qarşılşmalar olduqca maraqlı keçəcəyini indidən söyləmək olar. Heç kimə sirr deyil ki, məhz bu partiyalar turnirin həlledici qarşılaşmaları olacaq.
Onbirinci turun oyunları Bakı vaxtı ilə saat 17:15-də start götürəcək.

27-01-2023, 09:43