SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov bu ay da Azərbaycanda nömrə birdir!

FIDE fevral ayı üçün yeni reytinq siyahısı açıqlayıb.

 Chess.az xəbər verir ki, bu ay dərc olunan reytinq cədvəlində ay ərzində heç bir rəsmi klassik partiya keçirməyən qrossmeysterimiz Teymur Rəcəbov 11-ci pillədə qalaraq bu ay da Azərbaycanın ən güclü şahmatçısı ünvanın özündə saxlayıb.
  Digər TOP şahmatçımız olan Şəhriyar Məmmədyarov da oyun keçirməsə də, rəqiblərinin birinin irəliləməsi nəticəsində bir pillə geriləyərək 2740 xalla 15-ci pilləyə enib.

  İlk yüzlükdə yer alan digər şahmatçımız Qədir Hüseynov (2661 xal) 84-cü pillədə qərarlaşıb.
 
   Reytinq cədvəlinə əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852 xal) başçılıq edir. Rus Yan Nepomnyaşiy (2793) ikinci, çinli Dinq Liren (2787) isə üçüncüdür. 

    Qadınların siyahısında həmyerlilərimiz Günay Məmmədzadə (2472 xal) 21-ci, Ülviyyə Fətəliyeva (2427 xal) 38-ci, Gövhər Beydullayeva (2387 xal) 63-cü Xanım Balacayeva (2379 xal) 71-ci, Gülnar Məmmədova (2376 xal) 74-cü pillələrdə qərarlaşıblar.
 
   Qadın şahmatçıların reytinq siyahısına çinli Xu Yifan (2638 xal) başçılıq edir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss