AŞF-nın mənzil gərargahında qadın şahmatçılar arasında Azərbaycan çempionatı davam edir.
CANLI
Chess.az xəbər verir ki, artıq ölkə birinciliyinin iki turu arxada qalıb. Keçirilmiş iki turdan sonra Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Xanım Balacayeva 1.5 xalla turnir cədvəlinə başçılıq edirlər.
Bu gün Bakı vaxtı ilə saat 14:30-da Azərbaycan çempionatının üçüncü turuna start veriləcək. Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu bu il artırılaraq 15 min manata çatdırılıb. Çempion adını qazanmış şahmatçı isə bu məbləğin 5 min matına sahib olacaq.

6-02-2023, 09:19