SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan çempionatı: Ayan vahid lider oldu (CANLI)

AŞF-nın mənzil gərargahında qadın şahmatçılar arasında Azərbaycan çempionatı davam edir.

CANLI

  Chess.az xəbər verir ki, dünən ölkə birinciliyinin üçüncü turun partiyaları oynanıldı. Keçirilmiş beş partiyanın üçü bərabərliklə nəticələndi, ikisində isə qalib müəyyənləşdi. Gənc FİDE ustamız Ayan Allahverdiyeva Nurtən Nuriyevanı məğlub edərək xallarının sayının 2.5 çatdırıb. Ayan qazandığı bu qələbə sayəsində yarışın vahid lideri oldu. 

   Dünən qələbə qazanan digər şahmatçımız isə Gövhər Beydullayeva oldu. Gövhər Nərmin Abdinovanı məğlub edərək xallarının sayını 2-yə çatdırıb və o hal-hazırda Türkan MəmmədyarovaXanım Balacayeva ilə birlikdə liderin ən yaxın izləyicisidir.  

  Bu gün Bakı vaxtı ilə saat 14:30-da Azərbaycan çempionatının dördüncü turuna start veriləcək. Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu bu il artırılaraq 15 min manata çatdırılıb. Çempion adını qazanmış şahmatçı isə bu məbləğin 5 min matına sahib olacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss