Dünən qadın şahmatçılar arasında Azərbaycan çempionatında sonuncu turun görüşləri keçirilib.
Son turda Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə edib. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla isə Ləman Hacıyevanı üstələyib.
Liderlər qrupunda qərarlaşan Gövhər Beydullayeva ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib.
Beləliklə 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub.Aktivində 7 xal olan Xanım Balacayeva ikinci, son turda istirahət edən Səbinə İbrahimova isə 6,5 xalla üçüncü oldu.
